“Bu gün hamımız sülhdən danışırıq. Amma belə bir dövlətlə, millətlə və cəmiyyətlə sülhdən danışmaq heç məqsədəuyğun deyil və məncə, yersizdir. Ermənilər bütün hərəkətləri, çıxışları və bəyanatları ilə düşmənçilik mövqeyindən əl çəkmirlərsə, ərazi iddiası edirlərsə, bunlarla hansı sülhdən danışmaq olar?!”
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyib.
O, ermənilərin 2 hərbçimizi əsir götürüb onlara işgəncə verməsi ilə yanaşı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasından sonra iki ölkə arasındakı sülh danışıqlarının yekun motivlərinə toxunub.
“Yəhudiləri bir məsəli var: “düşmənlə sülhdən danışmaq onda məqsədəuyğun hesab olunur ki, artıq düşmən yoxdur”. Yəni nə qədər ki bunlar var, bunlarla sülhdən danışmağın mənası yoxdur. Yalnız bunları sülhə məcburetmədən söhbət gedə bilər. Biz öz fəaliyyətimizlə bunları sülhə məcbur etməliyik. Elə belə, xoşa-xoşluqla ermənilərlə sülhdən danışmaq məsələsi yersizdir. Biz nə qədər sülhdən danışıb, humanistlik göstəririksə, bunlar əks cavablarını verirlər”.
“Yadınızdadırsa, yaralı erməni əsgərinə hərbçilərimiz tibbi yardım göstərirdilər. Ona qarşı necə insani münasibət bəslənilirdi. Amma ermənilər tərəfindən əsir götürülən 2 əsgərimizin başına açılan oyunları, onlara verilən işgəncələrə baxın! Bizim insani hərəkətlərimizə qarşı ermənilərin vəhşiliklə cavab verməsi onu göstərir ki, bu millətlə barışıqdan danışmaq mənasız bir şeydir. Biz onları qarşımızda diz çökdürüb sülhə məcbur etməliyik. Onlar məcburən tabe olub sülhə gəlməlidirlər. Başqa yolu yoxdur”, - yekunlaşdırıb.