Ermənilər Zəngəzur zavodundakı qətli əsgərimizin boynuna qoymağa çalışır...

Səhər saatlarında xəbər verdiyimiz kimi, erməni mediası dünən gecə saatlarında Zəngəzurda – Ermənistanın Sünik mərzinin Qafan şəhəri yaxınlığındakı  Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin naməlum şəxs tərəfindən 6 güllə ilə qətlə yetirilməsi haqda məlumat yaymışdı. Bundan az sonra sosial şəbəkələrdə sözügedən qətlin azərbaycanlılar tərəfindən törədilməsi barədə şayiələr peyda oldu. Lakin zavodun mətbuat katibi Qor Abrahamyan “Sputnik Armaniya”ya açıqlamasında bildirdi ki, zavodun işçisinin qətlində azərbaycanlıların iştirakı ilə bağlı məlumat yoxdur.

Sozcu.az xəbər verir ki, “Hraparak” nəşrinin yaydığı yeni məlumatda bəhs edilən qətlin itkin düşmüş Azərbaycan ordusu əsgərlərindən birinin boynuna yıxılması cəhdləri aydın görünür.

“...Zəngəzur mis-molibden zavodunda faciəli hadisənin baş verdiyini yazmışdıq: gözətçini güllə ilə öldürüb, telefonunu götürüb qaçıblar. Bu gün xəbər aldıq ki, səhər saatlarında  Sünik qəsəbəsində Sisian ərazisinə keçmiş azərbaycanlı həbs edilib və onun Zəngəzur mis-molibden zavodunun əməkdaşı Hayrapet Meliksetyanı qətlə yetirən şəxs olması ilə bağlı şübhələr var. Onlar bildiriblər ki, qətldən sonra cinayətkar Meliksetyanın telefonunu da özü ilə aparıb”- erməni nəşri belə yazır.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Müdafiə Nazirliyinin yaydığı son xəbərə görə, bir neçə gündür axtarışı davam edən  ikinci Azərbaycan hərbçisi Axundov Hüseyn Əhliman oğlu bu gün günorta saatlarında tapılaraq, saxlanılıb. 

Qeyd edək ki, aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azmışdılar. Onlardan biri aprelin 10-da Ermənistanda saxlanılmışdı.moderator

Share on Facebook