“Alen Simonyan sərhədlərin demarkasiya və delimitasiyası məsələsinin daha sonra da həll edilə biləcəyini istisna etməyib...”
“Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanla Azərbaycan arasında hazırlanan sülh sazişi çərçivəsində sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı fikrinə münasibət bildirib. Hikmət Hacıyev demişdi ki, sülh sənədində sərhədlərin müəyyənləşməsi ümumu sazişdən ayrıla və buna daha sonrakı sürəcdə baxıla bilər”.
Bunu moderator.az-a açıqlamasında ermənişünas alim Qafaqr Çaxmaqlı söyləyib.
“Alen Simonyan sərhədlərin demarkasiya və delimitasiyası məsələsinin daha sonra da həll edilə biləcəyini istisna etməyib. O, bunu belə izah edib ki, sülh sazişini uzatmamaq üçün həll olunması uzun müddət tələb edən həmin məsələya sonra da baxıla bilər. Misal olaraq Gürcüstanla Ermənistan arasında sərhədlərin təyin olunması çalışmalarının hələ də davam etməsini göstərib. Erməni spikerin bu fikri Ermənistanda ciddi narazılıqla qarşılanıb”, -davamında şərhçi belə deyib.
“Belə olan halda Ermənistanın baş nazirinin tez-tez səsləndirdiyi iki ölkənin ərazi bütövlüyü (Azərbaycanın 86,6 min kvadratkilometr, Ermənistanın 29, 8 min kvadratkilometr) çərçivəsində sülh sazişi hansı əraziləri əhatə edərək imzalanacaq? Əgər ərazilərlə bağlı dəqiq bir razılaşma yoxdursa və Azərbaycanın dilindən 29,8 min kvadratkilometr ərazi ilə bağlı heç bir bəyanat olmayıbsa, demək, Paşinyanın səsləndirdiyi bu məsələ hələ həllini tapmayıb və Ermənistanın hazır olduğunu iddia etdiyi sənəddə bunun öz əksini tapmadığı da görünməkdədir. Sərhəd xətti hansı ərazilərdən keçir, orada Azərbaycanın 8 anklav kəndi və Ermənistanın zaman-zaman özünə birləşdirdiyi ərazilərin taleyi də həll edilməmişdir. Belə çıxır ki, Ermənistanın yaxasını cırıb bir an öncə imzalamaq istədiyi sülh sazişi sənədi hazır deyil”, -deyən ermənişünas alim daha sonra erməni politoloqlarının Ermənistan spikerinin son bəyanatına verdiyi şərhləri də nümunə gətirir.
“Erməni siyasi şərhçi David Stepanyana görə, Alen Simonyanın bəyanatı Ermənistanın yeni güzəştlərə gedəcəyinə işarədir. Tərəflərin ərazi bütövlüyü tanınacaqsa, orada eyni rəqəmlər göstərilməməsi yeni problemlər yaradacaq və ortaya Azərbaycanın yeni tələbləri çıxacaq. Erməni şərhçiyə görə Azərbaycanın tələbləri məlumdur. Bunlardan ən əsası: Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin açılması və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer alan maneəsiz keçidin əldə edilməsidir. Ermənistan bu reallığa qarşı hansı arqumentləri qoya bilər? Mövcud reallıqlar tələb edir ki, Ermənistan indiyə qədər olan və bundan sonra olacaq (o cümlədən imzalanacaq sülh anlaşmasına) öhdəliklərə uysun. Yalnız o zaman bölgədə qalıcı sülhə nail olmaq mümkündür.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor şöbəsinin müdiri Artur Sakunts deyir ki, belə bir durumda Ermənistan sülh sazişini imzalamamalıdır. O bildirir ki, biz həmişə qeyri- müəyyənlik içərisində oluruq və sülh sazişinin məzmununu bilmədiyimizdən və bu sazişin Ermənistana nə verəcəyini bilmədən onu imzalamağa tələsirik; əgər sərhədlər bəlli deyilsə, hansı sazişdən söhbət gedə bilər.
Hər gün yeni siyasi situasiyanın , bölgəmizdə yeni durumun formalaşdığı bir zamanda Ermənistanın sülh sazişinə gedəcəyi şübhə doğurur və indiyədək bu saziş Ermənistanın qeyri- kontruktivliyindən, bəhanələrindən dolayı imzalanmayıb. İndi də ehtimal ki, Ermənistan onu uzatmaq siyasətini aparacaqdır. Ermənistanda aparılan təhlillərdən bunu anlamaq çox da çətin deyil”, - deyə Qafar Çaxmaqlı diqqətə çatdırıb.