Erməni özlərinin basdırdığı minaya düşdü

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı qeydə alınıb.

Sozcu.az xəbər verir ki, Xocavənddə qanunsuz məskunlaşan ermənilərdən biri özlərinin basdırdıqları minaya düşüb.

Xəstəxanaya yerləşdirilən şəxsə sol ayağın travmatik amputasiyası diaqnozu qoyulub.

Məlumata görə, həmin gün 3 erməni Qırmızı Bazar istiqamətində qulançar yığmağa gedib. Onlardan biri minaya düşüb.

Share on Facebook