Əslən Ərdəbil əyalətinin Təzəkənd kəndindən olan və Tehranda yaşayan milli fəal Ramin Əliniya Təzəkəndə ağır həbs cəzası verilib.
Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsi milli fəalı “toplaşmaq və milli təhlükəsizliyə qarşı hərəkət etmək məqsədilə əlbir olmaq” ittihamına görə 5 il, “rejim əleyhinə təbliğat” ittihamına görə isə 1 il həbs cəzasına məhlum edib.
Bununla yanaşı məhkəmə milli fəalın 2 il müddətinə sosial mediada, ictimai təşkilatlarda üzvlüyünə, fəaliyyətinə və ölkədən çıxışına qadağa qoyub.
Ramin Əliniya Təzəkənd özünün idarə etdiyi "Gündəm" adlı sosial media kanalında hakimiyyəti tənqid etdiyinə görə rejimin qəzəbinə tuş gəlib.
Qeyd edək ki, 2022-cü il noyabrın 8-də İranda baş qaldıran etiraz aksiyaları ilə eyni vaxtda həbs olunub.
O, üç həftədən çox həbsdə qaldıqdan sonra 30 noyabrda Evin həbsxanasından girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.