Astroloqlar inadkar və ən davakar 3 bürcün adını açıqlayıblar.
Sozcu.az lent.az-a istinadən bildirir ki, bu bürclər arasında həmişə mehribanlığı ilə bilinən Tərəzi bürcləri də var.
Bürcün nümayəndələri qüsursuz bir xarakterə sahib balanslı insanlar kimi görünə bilər. Amma onların yaxın ətrafındakılar tərəziləri çox gözəl tanıyır. Tərəzilər əsəbiləşərsə, çox gec sakitləşirlər. Kin saxlamağı sevirlər və qəzəblərini heç vaxt gizləmirlər. Onlar təhqirləri heç vaxt bağışlamaz. Qəddarcasına qisas almaq fikri onlardan əskik olmur. Qısacası, onlarla mübahisə etmək baha başa gələ bilər.
Çətin xasiyyətə malik digər bürc isə Oxatanlardır. Oxatanlar mübahisə zamanı nəinki qarşı tərəfə, həmçinin onların tərəfini tutanlara və dostlarına qarşı da kinli olurlar. Onlara xəyanət edənlər bir daha Oxatanların inamını qazana bilməyəcəklər.
Balıqlar da sakit, yumşaq xarakterli insanlar kimi görünür. Onlar çox həssas və ağıllıdırlar. Ancaq onların hissləri ilə oynamaq çox təhlükəlidir. Çünki balıqlar onları incidənlərə qarşı çox sərt şəkildə reaksiya verirlər. Həmin insanları asanlıqla bir göz qırpımında həyatlarından çıxara bilirlər.