Minaların təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır.
Sozcu.az xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq tədbirdə bildirib.
Yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası layihələrinin həyata keçirildiyini vurğulayan E.Hüseynov daha sonra iri şəhərlərin bərpasının nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, indiyədək Ağdamın ərazisinin 30 faizə yaxını, Füzuli ərazisinin 27 faizi, Xocalının 15,8 faizi, Xocavəndin 5,3 faizi minalardan təmizlənib.
Xüsusi nümayəndə diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətləri çəkilib, beynəlxalq hava limanları tikilib.