Əmrullayev: Onlara müəllim demək ədalətsizlikdir

Məktəblərdə müəllimin borcu oxumayan uşaqlarla işləməkdir.

Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanı ona görə tətbiq edilib ki, daha yaxşı müəllimlər seçilə bilsin:

"Müəllim olmaq çox çətin peşədir. Bu ixtisası insan özü seçir. Uşaqlarla, valideynlərlə işləmək heç də asan deyil. 30 sualdan 30-a da doğru cavab verən müəllim ilə 10 suala doğru cavab verən şəxsə "müəllim" demək ədalətsizlikdir".

E.Əmrullayev bildirib ki, son 3 ildə 8 000-dən çox müəllimin əmək müqaviləsinə xitam verilib.

Nazir həmçinin qeyd edib ki, bu gün Azərbaycan təhsil sistemində tədqiqat olduqca azdır:

“Bu sahədə geri qalırıq”.

Share on Facebook