“Emin Əmrullayev və Elnur Əliyev ölkə təhsilini xaosa sürükləyiblər” - Elşən Qafarov

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Mətbuat xidməti mənə yazır ki, Eşqi Bağırov işdədir. Əgər belədirsə, yeddi sual göndərdim ki, Eşqi Bağırova çatdırsınlar. Bakı və region məktəblərində dərsliklərin bir hissəsi tam və ya qismən verilməyib, vakant müəllimlər hələ məktəblərə getməyib, bu da tədris təşkil etməyə imkan vermir, 23 oktyabrdır, hələ də tarifikasiyalar təsdiq edilməyib, xüsusi təhsil müəssələrində tədris prosesi səriştəsiz qərarlar ucbatından iflic vəziyyətindədir, rayon təhsil idarələrinin müdirləri fironluq edirlər, kim nə istəyir, necə istəyir, onu da edir, ölkədə hər 6 məktəbdən birində direktor, hər 4 məktəbdən birində müavin əvəzçiliklə, həvalə ilə işləyir... Əgər Eşqi Bağırov işinin başındadırsa, deyin, gizlənməsin”.

Sozcu.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Elşən Qafarov bildirib.

E.Qafarovun sözlərinə görə, ölkədə ümumi təhsili və məktəbəqədəri idarə etmək üçün normativ aktlar da yoxdur: “Reallıq budur ki, Emin Əmrullayevlə Elnur Əliyev (red. - Təhsil İnstitunun direktoru) ölkə təhsilini xaosa sürükləyiblər. Bir neçə gün öncə Biləsuvar rayonu Amankənd məktəbinin direktoru Anar İmanov baş verən özbaşınalıq, rüşvətxorluq, rotasiya fırıldaqları və digər məsələlərlə bağlı açıq şəkildə ölkə Prezidentinə müraciət etdi ki, təhsil sistemində bu kimi iyrənc məsələlər var. Bəlkə də, Azərbaycan tarixində bir ilkdir, artıq direktorlar da dözə bilmirlər. Nəticədə, elan olundu ki, həmin direktor etik davranış qaydalarını pozduğuna görə işdən çıxarıldı. Sən demə, hər hansı vətəndaşın ölkə rəhbərinə müraciət etməsi etik qaydaların pozulması demək imiş. Hələ ki Emin Əmrullayev və Elnur Əliyev cütlüyü ölkə təhsilində nə istəyirlərsə, onu edirlər, sistemi bazara döndəriblər. Qara dövr davam edir. Düşünürəm ki, hər ikisi layiqli cəzalarını alacaqlar, o gün uzaqda deyil”.pravda.az)

Share on Facebook