Müğənni Səidə Dadaşova anidən vəziyyəti pisləşdiyi üçün əməliyyat olunub.
Sənətçinin hazırkı səhhəti ilə bağlı məlumat əldə etmək üçün Bizim.media-nın əməkdaşı müğənninin həyat yoldaşı Məhəmməd bəylə əlaqə saxlayıb.
O, S.Dadaşovanın vəziyyətini belə şərh edib:
“Səidə xanım dörd saat davam edən ağır əməliyyat keçirdi, ötən gün xəstəxanadan evə buraxıldı. Hazırda özünü yaxşı hiss edir”.
Qeyd edək ki, S.Dadaşova ginekoloji əməliyyat keçirib.