Elmar Hüseynov məzarının başında anıldı: qətlindən 18 il keçir

Bu gün “Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 18 il ötür.

Sozcu.az xəbər verir ki, Martın 2-də Müsavat Partiyasının rəhbərliyi və bir qrup fəalı, jurnalistlər, ictimai xadimlərlə birlikdə Elmar Hüseynovun məzarını ziyarət edib. 

Elmar Hüseynov tənqidi araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi. 2005-ci ilin martın 2-də Elmar Hüseynov qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlayıb. Qətldən 18 il vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.

1690a49cccaf0f2430b345f96e54b987.jpg

0f344722b692054954c270f9e4e7d281.jpg

68021f3f90c97f465a557a9e47450632.jpg

50f29be894a3b6e71a4c25030bb496f2.jpg

6c2d1ddeed35473edce6783c8aa34f69.jpg

Share on Facebook