Əliyev və Paşinyan bu gün Türkiyəyə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Ankarada baş tutacaq andiçmə mərasiminə 21 dövlət başçısı və 13 baş nazir, o cümlədən çox sayda nazir və TDT, NATO və İƏT də daxil olmaqla, beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Sozcu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Ərdoğan Böyük Millət Məclisində saat 14:00-da and içəcək, öz mandatını isə TBMM-nə müvəqqəti rəhbərlik edən MHP lideri Dövlət Baxçalıdan alacaq.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev, Qabon Prezidenti Əli Bonqo Ondimba, CAR Prezidenti Siril Ramafosa, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Kosova lideri Osmani, Kuzey Kıprıs Prezidenti Ərsin Tatar, Çimali makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Ruanda Prezidenti Pol Kaqame, Seneqal Prezidenti Maki Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, o cümlədən, Banqladeş, Qvineya, Montenoqra və s. ölkələrin prezidentləri iştirak edəcək.

Həmçinin Pakistan Baş naziri Şahbaz Şərif, Macarıstan Baş naziri Viktor Orban, Ermənistan Baş naziri Nikol Paşinyan, Liviya baş naziri Əbdülhəmid Dibeybə və s. hökumət başçıları mərasiə qatılacaq.

TDT Baş katibi Omuraliyev, NATO Baş katibi Stoltenberq, İƏT Baş katibi İbrahim Tahanın da mərasimdə iştirakı gözlənilir.

12 ölkə, o cümlədən Rusiya parlament sədri səviyyəsində təmsil olunacaq. Həmçinin Almaniyanın sabiq kansleri Şröder, Kuzey Kıprısın sabiq prezidenti Dərviş Əroğlu və sair tanınmış simalar da tədbirə dəvət edilib.

Share on Facebook