"Əks-hücum əməliyyatları artıq aparılır, USQ ərazilərin tam azad edilməsinə hazırlaşır" - Anna Malyar

"Əks-hücum Ukraynanın bütün ərazilərinin azad edilməsi və düşmənin dayandırılması kimi strateji məqsədi özündə ehtiva edir..."

"Ukrayna komandanlığının bir neçə hücum planları var və onlar düşmənin vəziyyəti və müdafiə qüvvələrimizin imkanlarından asılıdır..."

Ukrayna komandanlığının bir neçə hücum planları var, onlar düşmənin vəziyyəti və Ukrayna müdafiəçilərinin imkanları barəsində informasiyadan asılıdır.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar telemarafonun efirində məlumat verib. Məlumatı "unian.net" nəşri yayıb.

Əkshücum əməliyyatları artıq aparılır, Ukrayna Silahlı Qüvvələri Ukrayna ərazilərinin tam azad edilməsinə hazırlaşır.

Onun sözlərinə görə, əkshücum Ukraynanın bütün ərazilərinin azad edilməsi və düşmənin dayandırılması kimi strateji məqsədi özündə ehtiva edir. Ona görə də "əkshücum haqqında dar çərçivədə danışmaq korrekt deyil".

"Əkshücuma texnika, insanlar və ehtiyat hazırlığı daxildir. Bu A, B, C müəyyən taktiki planlaşdırma deməkdir və bir fəaliyyət variantı ola bilməz", - o, deyib.

Nazir müavini məlumat verib ki, Ukrayna komandanlığının bir neçə hücum planları var və onlar düşmənin vəziyyəti və Müdafiə Qüvvələrinin qabiliyyəti və imkanları haqqında informasiyadan asılıdır.

"Anlamaq gərəkdir ki, Silahlı Qüvvələr dar istiqamətdə nəsə bir şey hazırlamır. USQ daima, hər gün ərazilərimizin tam azad edilməsinə hazırlaşır və bu, təkcə əkshücum deyil, böyük tədbirlər kompleksidir", - Malyar əlavə edib.

O, qeyd edib ki, bu gün döyüş meydanında baş verənləri də əkshücum adlandırmaq olar.

"Vurğulanır ki, nəsə baş verəcək, əslində isə bütün bunlar baş verməkdədir. Əkshücum əməliyyatları indi də baş verir", - o, izah edib.

USQ-nin əkshücumu-son xəbərlər

KİV-lərdə USQ-nin əkshücumu barədə şayiələr artıb. Rəsmən yalnız ümumi bəyanatlar səsləndirilir və anonslar verilir. Milli Təhlükəsizlik və Müfadiə Şurası qeyd edir ki, USQ-nin əkshücumu barədə qərar son məqamda qəbul ediləcək.

Eyni zamanda, baş nazir Denis Şmıqal deyib ki, USQ işğal altında olan ərazilərin azad edilməsi üçün əkshücuma yayda başlaya bilər.

"The Washington Post" nəşri Pentaqonun "sızan" sənədlərinə istinadən məlumat verib ki, qoşunların, döyüş sursatlarının və texnikanın toplanması ona gətirib çıxara bilər ki, hərbçilər gözlənilən əkshücumun ilkin məqsədlərindən "xeyli geri qala bilər".

ABŞ müdafiə naziri Lloyd Ostin hesab edir ki, hazırda Ukraynanın əkshücum zamanı uğur qazanması üçün kifayət qədər imkanları var.

Share on Facebook