Dünya daha bir şok yaşayır - Lemkin təşkilatı Qüdsü erməni şəhəri hesab edir

Dünyadakı bəzi beynəlxalq təşkilatlar və institutar açıq-aşkar ermənilərin maraqlarını müdafiə edir. Erməni sevgilərini gizlədə bilməyən həmin təşkilatlar ermənilərin müdafiəçiləri kimi çıxış edir və onların erməni diaporunun təsiri altında fəaliyyət göstərməsi hiss olunur.

Sozcu.az xəbər verir ki, belə təşkilatlardan biri də Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutudur. Bu təşkilat oxuculara yaxşı tanışıdır. Azərbaycana qarşı aparılan kampaniyada fəal iştirak edən Lemkin İnstitutu ölkəmizi müharibə cinayətlərində ittiham edir.

Ermənilərin maraqlarına xidmət edən Lemkin İnstitutu indi də Şərqi Qüdsdəki erməni məhəlləsinin dərdini çəkir. Hər gün Qəzzada həlak olan minlərlə günahsız insanı unudan faşist ideologiyasının təbliğatçıları indi də Qüdsdə erməni məhəlləsinin dağılmasından “dərin narahatdır”. Ermənilərin müadafiəçisi qismində çıxış edən Lemkin institutu beynəlxalq təşkilatları İsraildəki erməni icmasının hüquqlarını müdafiəsinə çağırıb: “Biz ABŞ-ı və İsrailin digər yaxın müttəfiqlərini bu torpaq mübahisəsində erməni icmasına lazımi hüquqi proseduru təmin etmək üçün məsuliyyət götürməyə çağırırıq. Bu ilin payızında erməni icması Qarabağı itirməklə ağır böhran vəziyyəti keçirir. Qüdsün erməni məhəlləsinin mədəni irsi, guya Fələstin ərazilərində yəhudi etnik dövləti yaratmaq məqsədi ilə buna icazə verən inşaatçılar və silahlı köçkünlərdən qorunmalıdır. Biz dinc nümayişlərlə bu torpağın işğalına qarşı müqavimət göstərməkdə davam edən və ərazini tərk etməkdən imtina edən erməni icmasını dəstəkləyirik”.

Yaxın Şərqdə erməni maraqlarını müdafiə edən beynəlxalq təşkilatlar Qüdsün qədim erməni şəhəri olması haqqında iddia da irəli sürürlər. Faşist erməni ideologiyasına görə müqəddəs şəhərin təməlini ermənilər qoyub və İsa Məsih də ermənidir. Bütün dünyanı özlərinə güldürən erməni millətçiləri çox güman ki, Qüdsü də “Böyük Ermənistan”ın paytaxtı hesab edirlər.

Share on Facebook