"Döyülən köpəklər zingildəyər" - Almaniyanın "Bild" nəşri Medvedyevi təhqir etdi...

"Medvedevin nitqinin bu qədər dolaşıq və jarqonla dolu olması heyrət doğurur, sanki o, düşünməkdə çətinlik çəkir..."

Alman jurnalistləri "Putinin ev köpəyi"nin "iyrənc" mətnlərini darmadağın edib

Rusiyanın Ukraynada işləri dalana dirəndikcə rusiyalı təbliğatçılar qarşıdakı qələbədən daha ucadan çığır-bağır salır. 

Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti Medvedevin "iyrənc" tezislərinə münasibət bildirərək yazıb.

Bu məsələdə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev xüsusilə canfəşanlıq edir. O, həm Ukraynanın, həm də onun Qərb tərəfdaşlarının ünvanına qəzəb, təhqir və təhdid dolu əcaib postları ilə "fontan vurur".

Qəzetin jurnalistləri rusiyalı siyasətçinin növbəti postunu təhlil edib, orada o, bəyan edir ki, Ukrayna məhv edilməli, Almaniyaya nüvə zərbəsi endirilməlidir.

"Putinin ev köpəyi yenidən "Twitter"də hürüb-bağırır. Rusiyanın sabiq prezidenti uzun-uzadı Ukraynanın məhvə məhkum olunması barədə sərsəmləyir", - nəşr yazıb.

Medvedevin "şedevr"ini diqqətlə oxuduqdan sonra jurnalistlər onun kəskin ziddiyətinə diqqət çəkib. Belə ki, siyasətçi iddia edir ki, Ukrayna yox olacaq, çünki o, guya, heç kimə lazım deyil.

Eyni zamanda o, əmin edir ki, Avropa Ukraynaya istisnasız olaraq ABŞ-ın təzyiqi ilə dəstək verib. Bu zaman, onun sözlərinə görə, Ukrayna üçün silah tədarükü və maliyyə ayırmaları Avropa ölkələrini "malyyə-siyasi cəhənnəmə" qərq edib. 

Sonucda Medvedev bu nəticəyə gəlib ki, ukraynalılar Avropa İttifaqının "qocalıb əldən düşmüş boynunu" soran "qanlı parazitdir". ABŞ-ın yardımını Medvedev "çoxdan bəri özünün acizliyini və fərsizliyini sübut edən siyasi boşboğazların piarı" adlandırıb.

Bu zaman Medvedev ABŞ prezidenti Co Baydenin nədən Avropanı Uktaynaya dəstək verməyə vadar etdiyini izah etməyib.

Nəşr Rusiyanın sabiq prezidentinin Rusiya imperiyasının dirçəldilməsi barədə arzularına da diqqət çəkib.

"Bizə Ukrayna lazım deyil. Bizə böyük, güclü Rusiya lazımdır", - Medvedev yazıb və yenidən Kremlin Ukraynanın süni törəmə olduğu barədə tezisini irəli sürüb.

"Medvedevin nitqinin nə qədər dolaşıq və jarqonlarla dolu olması heyrət doğurur, sanki o, düşünməkdə çətinlik çəkir.

Məsələn, sabiq baş nazir Ukrayna prezidentini özünün "oğru nasist təlxək bandası"ndan Qərbdən oğurladığı pulları offşor hesablarında saxlamaq üçün istifadə edəcək "xaki rəngli idman köynəyində olan təlxək" adlandırır", - "Bild" yazır.

Nəşr həmçinin Medvedevin Berlinin Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbsi üçün orderini öz ərazisində icra edəcəyini təsdiq etdikdən sonra Almaniyaya qarşı nüvə silahını tətbiq edəcəyi ilə bağlı təhdidlərini də xatırladıb. 

O zaman Medvedev bəyan edib ki, Rusiya özünün "bütün vasitələrini, raketlərini və s. Bundestaqa, kanslerin ofisinə və s. yönəltmək istəyərdi". Alman jurnalistəri üçün aydındır ki, söhbət nüvə zərbəsindən gedir.

"Medvedevə, deyəsən, bu ifadə yaraşır: "Döyülən köpəklər zingildəyər", - "Bild" vurğulayıb.

Share on Facebook