Dövlət xəstəxanasında növbə alveri edirlər - İDDİA

Xəstəxanada ilk növbə yerləri satılır.

Sozcu.az xəbər verir ki, belə bir iddia sosial şəbəkədə müzakirə mövzusu olub.

İddia edilib ki, səhər tezdən xəstəxanaya gəlib növbə üçün qəbz götürənlər "qara bazar" qurub, onu sonradan gələn xəstələrə satırlar.

Oxu.Az-a açıqlamasında iddiaçı bildirib ki, söhbət Xırdalandakı dövlət xəstəxanalarından birindən gedir.

"Nə həkimi vaxtında gəlir, nə işçiləri yerindədir. Qeydiyyat şöbəsində 12 nəfərlik yerdə dörd nəfər işləyir. Bu da növbələrin hədsiz uzanmasına və xaosa səbəb olur".

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, araşdırma aparılır, nəticəsi ilə bağlı məlumat veriləcək.oxu.az)

Share on Facebook