İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Rabitə Mülki Tikinti" MMC ilə bağlı məhkəməyə müraciət edib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə dövlət qurumu Bakı İnzibati Məhkəməsinə üz tutub.
Belə ki, İdarə vergi məsələləri üzrə mübahisələr barədə tələb irəli sürüb.
İddia hakim Tural Məlikovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.