Dırnaqyemə xəstəliyinin səbəbi nədir və müalicəsi varmı?

Əsəbi və ya qəzəbli hiss etdiyiniz zaman refleks kimi baş verən dırnaqyemə vərdişi impulslara nəzarətin ən çox görülən pozuntularından biridir. Tibb dilində onikofaqiya olaraq tanınan dırnaqyemə xəstəliyi əksər insanlarda özünü biruzə edə bilər. Qeyri-adi bir vəziyyətlə qarşılaşan insanların reaksiyaları fərqli olur. Əsəbi, stresli olan insanlar bəzən ayaqlarını silkələyir, bəzən stolun üstünə nəsə vurur, bəzən isə dırnaqlarını dişləyir. Dırnaqyemə xəstəliyi olaraq təyin edilən bu vəziyyət ümumiyyətlə uşaqlıqda başlayır və ömür boyu davam edir.

Türkiyə mətbuatı xəbər verir ki, insanın əsəbi, stresli və ya gərgin hiss etdiyi zaman dırnaqların dişləməsi və dırnaq ətrafındakı dərinin qoparılması şəklində görülən dırnaq yemə xəstəliyi, bir növ impuls nəzarət pozuqluğu və ya bir növ davranış pozuqluğu olaraq təyin edilə bilər.

Dırnaqyemə xəstəliyi ümumiyyətlə 3-4 yaşlarında, bəzən hətta 5 aylıqdan sonra başlayır. Yeniyetmələrin 40, uşaqların 33 faizi dırnaqyemə xəstəliyindən əziyyət çəkir. Bəzi insanlarda bu pozunti qələm dişləmə, saçla oynama, dodaq dişləmə, burun toplama kimi müxtəlif impuls nəzarət pozğunluqlarına çevrilə bilər. Daha da maraqlısı odur ki, onlara tez-tez “etməyin” desəniz və ya onların razılığı olmadan onları bu vərdişdən çəkindirməyə çalışsanız, onlar daha çox stress keçirəcək və tamamilə bu vəziyyətdən asılı olacaqlar.

Dırnaqyemə xəstəliyinə səbəb nədir?

Mütəxəssislərin fikrincə buna səbəb körpəlik travmaları, ətraf mühit faktorları, genetik faktorlar, psixoloji vəziyyət səbəb ola bilər.

3-4 yaş arasında baş verən dırnaq yemə xəstəliyi, uşağın baxça kimi yeni bir mühitə girməsi nəticəsində yaranan stress və narahatlığın nəticəsidir. Körpələrdə 5 aydan sonra başlayan vərdişin səbəbi, barmaq əmmənin davamı olaraq qəbul edilir. Ola bilsin ki, döş, butulka, əmzik vərdişləri sonradan dırnaq yeməyə çevrilsin.

Ətraf Mühit faktorları:

Bəzi uşaqlar barmaq əmmə və dırnaq yemə vərdişini təməl bir instinktlə qazana bilər, lakin bu vərdişi olan uşaqların əksəriyyəti əslində bunu ətraflarından görür və öyrənirlər. Uşağın anası, atası, qohumları, böyük qardaşları və s. bu tip dırnaq yemə xəstəliyi varsa, uşaq buradan görüb təqlid edə bilər.

Genetik faktorlar:

Təbii ki, dırnaq yemə genetik olaraq ötürülən bir vəziyyət deyil, lakin psixoloji pozuntular genetik olaraq ötürülə bilər. Yəni ailədə keçən emosional pozutular, narahatlıq, təşviş pozuntuları və buna bənzər psixoloji pozuntular dırnaq yemə xəstəliyi kimi özünü göstərə bilər.

Psixoloji vəziyyət:

Dırnaq yemə və buna bənzər impuls nəzarəti poztularının əsas səbəbi psixolojidir. Bunun mütləq diaqnoz qoyulmuş bir vəziyyət olması lazım deyil. Xroniki olaraq hiss edilən gərginlik, sıxıntı, narahatlıq, qəzəb, kədər, qorxu və buna bənzər hallar dırnaq yemə xəstəliyinə səbəb olur.

Sosial mühitdəki dəyişikliklər, fiziki mühitdəki dəyişikliklər, etibarsızlıq hissləri, ailədə təzyiq, sevgisizlik kimi amillərlə yanaşı, zehni gerilik, inkişaf poztuları, tiklər, depressiya, obsesif-kompulsif şəxsiyyət pozğunluğu, diqqət əksikliyi, yataq islatma və hiperaktivlik dırnaq yemə xəstəliyinin səbəbləridir.

Dırnaq yeməyin nə kimi zərərləri var?

Dırnaq yemə xəstəliyi olan insanın həyatı üçün təhlükəsi yoxdur, lakin zərəri kifayət qədər yüksəkdir. Dırnaqlar və onların ətrafındakı quruluş sıradan çıxır, dəhşətli görünür. Bu pis görünüşə görə insan sosial həyatda özünü pis hiss edir və özünə inamını itirir. Dırnaqları və ya onların ətrafındakı dərini yeyib udsanız, mədə infeksiyaları qaçılmazdır. Uşaqlıqdan bəri dırnaq yemə xəstəliyiniz varsa, çənənin tam bağlanmadığı maloklüzyon adlı bir vəziyyətlə qarşılaşa bilərsiniz.

Dırnaq yemə xəstəliyini müalicə etmək mümkündürmü?

Bədənimizin bir yerində yaranan infeksiyaya bağlı xəstəlik olmadığı üçün həkimə gedib dərman qəbul edə bilməzsiniz. Ancaq bir mütəxəssis psixoloqla görüşərək, impuls nəzarət pozuntusundan xilas ola bilərsiniz. O, dırnaq yemənizin arxasında duran səbəbləri aradan qaldıra bilər.

Dırnaq yemə xəstəliyi əslində başqa bir psixoloji pozğunluğun əlaməti hesab olunur. Bir çox impuls nəzarəti pozuntusu kimi, dırnaq yemə də idarə edə biləcəyiniz və psixologiyanız yaxşılaşdıqca uzaqlaşacağınız bir vərdişdir.

Dırnaq yemə vərdişindən necə qurtulmaq olar?

Sizi dırnaq yeməyə aparan hadisələrdən çəkinin.

Ağzınızı və əlinizi saqqız çeynəməklə və ya əlinizdə bir şey tutmaqla məşğul edin.

Stress səviyyənizi nəzarət altında saxlamağa çalışın.

Dırnaqlarınızı qısa və səliqəli şəkildə kəsin.

Dırnaqlarınıza acı dad verən bir şey çəkin.

(Bizimyol.info)

Share on Facebook