Diqqət! Sabah güclü maqnit qasırğası olacaq

Dekabrın 25-də Yer üzərində güclü maqnit qasırğası və qütb parıltısının müşahidə olunacağı gözlənilir.

Sozcu.az xəbər verir ki, sözügedən hadisənin səbəbi bir gün əvvəl Günəşdə baş vermiş partlayışdır.

Mütəxəssisin sözlərinə görə, Bazar ertəsi səhəri Günəşdə orta səviyyəli partlayış qeydə alınıb. Bununla yanaşı, partlayışın gücü maksimal "X" sinfinə yaxınlaşıb.

Bu Günəşdə baş vermiş partlayış ilə əlaqəli tac kütləsinin atılması 25 dekabrda Yer səthinə çatacaq və Bakı vaxtı ilə saat 16:00-dan sonra G1-G2 sinfi olan zəif və ya orta səviyyəli maqnit qasırğasına səbəb olacaq.

Maqnit qasırğasının təxmini davametmə müddəti 10 saat olaraq qiymətləndirilir.

Günəş partlayışlarının gücü A, B, C, M və X siniflərinə bölünür. Hazırda onların tezliyi və intensivliyi artır, çünki Günəş öz aktivliyinin zirvəsinə yaxınlaşır. Proqnozlara əsasən, aktivliyin maksimum həddi gələn ilin yaz-yay mövsümündə baş verəcək.

Share on Facebook