"O, asanlıqla yüz minlərlə hərbçinin həyatı bahasına döyüşməyə hazırdır..."
Rusiyalı müxalifətçi Putinin başlıca istəyindən danışıb...
Rusiya prezidenti Vladimir Putin öz təhlükəsizliyi ilə bağlı çox narahatlıq keçirir, bu səbəbdən Soçidəki iqamətgahı yaxınlığında "Pansir-C1" zenit-raket kompleksi yerləşdirilib.
Ehtimal ki, diktator özünün hamıdan güclü olması fikrindən məyus olmağa başlayıb və ətrafında çoxsaylı təhlükələrin olmasını anlayır.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın müxalif siyasətçisi Gennadi Qudkov "24 kanal" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Putin dünya üçün təhlükəyə çevrilib, ona görə də onu "aradan götürmək" arzusunda olanlar kifayət qədərdir.
Rusiya diktatoru bunu anlayır, ona görə də onun həyəcanları səbəbsiz deyil. Hazırda onun ən başlıca arzusu nəyin bahasına olursa-olsun sağ qalmaqdır.
Müxalifətçi vurğulayıb ki, bunun naminə Kreml rəhbəri çoxlu sayda insanları qurban verməyə hazırdır. İndi onun nə prinsipləri, nə mənəviyyatı, nə empatiyası, nə də mərhəməti var.
Öz qəsbkarlıq ideyalarına görə ölməyə o, qərarlı deyil, lakin asanlıqla yüz minlərlə hərbçinin həyatı bahasına döyüşməyə hazırdır.
Bundan öncə xəbər verilib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın əkshücumundan ehtiyat edir.
Onun bu yaxınlarda Belarusda ağır silahların yerləşdirilməsi və 1600 yeni tankların cəbhəyə göndərilməsi barədə bəyanatları onun narahatlığından xəbər verir.