“Ukraynaya artilleriya sursatları və hava hücumundan müdafiə sistemləri üçün daha çox raket veriləcək”.
Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov öz Feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, Almaniyadakı Amerika Ramşteyn aviabazasında keçirilən görüşün əsas mövzusu sursat olub. Nazirin sözlərinə görə, tərəfdaşlar Kiyevə 155 mm, 152 mm və 105 mm-lik artilleriya mərmilərindən ibarət hərbi yardım paketləri göndərəcəklər.
Bundan əlavə, o bildirib ki, “F-16” qırıcıları da Ukrayna səmasını “bağlamağa kömək etməlidir”. Nazirin sözlərinə görə, Kiyev bu təyyarələrin mümkün qədər tez Ukraynaya çatmasını təmin etmək üçün bütün tərəfdaşlarla – ABŞ, Danimarka, Belçika, Hollandiya, Rumıniya və digərləri ilə fəal işləyir.