Dəhşətli qəzada həlak olan zabitlərin FOTOLARI

Füzuli-Ağdam yolunda baş verən qəzada həlak olan şəxslər zabit olublar.

Sozcu.az xəbər verir ki, qəza zamanı minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər.

Xatırladaq ki, hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb. Ötən gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında dayanan traktora çırpılıb.

Share on Facebook