Dəhşətli qəza: Oqtay Əliyev dünyasını dəyişdi

Az öncə Saray qəsəbəsində tanınmış prodüsser Oqtay Əliyev və onun xanımı, aktrisa Dilarə Əliyeva dəhşətli qəzaya düşüb.

Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Belə ki, Oqtay Əliyevin idarə etdiyi “Leksus 4.7” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib.

Həmçinin avtomobildə olan xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

acf3314cabb5ca20b4cc3280358b6d37.jpg

f4f40a964d00df13cb68fbf8c396470b.jpg

Share on Facebook