Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticlənib.
Sozcu.az xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.
Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumuruqla xəsarət yetirib.
Xəsarət alan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.(Trend.az)