Daşqına görə 30 nəfər itkin düşdü

Çinin Siçuan əyalətində şiddətli yağışların yaratdığı sel və daşqın 40-dan çox evi dağıdıb, 30-dan yuxarı sakin itkin düşüb.

Sozcu.az xəbər verir ki, təbii fəlakət gecə saatlarında Hanyuan rayonunun Sinhua kəndində baş verib.

Rayonun fövqəladə hallarla mübarizə qərargahından verilən məlumata görə, sel və daşqın avtomobil yollarına və kommunikasiya xətlərinə də böyük ziyan vurub.

Hazırda itkin düşənlərin axtarışları əlverişsiz hava şəraitində davam edir.

Share on Facebook