Bu gün Azərbaycanın iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Sozcu.az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 finalda Omonjon Otajonova uduzub.
Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova 1/16 finalda Ruka Okamotoya (Yaponiya) məğlub olub.
Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.