Türkiyədə 14 mayda keçiriləcək seçkilərdə daha bir siyasi partiya Kemal Kılıçdaroğlunun prezidentliyə namizədliyini dəstəklədiyini elan edib.
Sozcu.az xəbər verir ki, söhbət Milliyyətçi Türkiyə Partiyasından (MTP) gedir. Bu barədə partiyanın rəsmi tviter səhifəsində məlumat verilib.
Milliyyətçi Hərəkat Partiyasından (MHP) qopan partiyanın Kılıçdaroğlunun namizədliyi ilə bağlı rəsmi qərarı sədr Ahmet Yılmazın imzası ilə yayımlanıb. MTP onu dəstəkləmək üçün heç bir şərt irəli sürməyib və qeyd-şərtsiz dəstəyini ifadə edib.