Qabonda hərbçilər prezident seçkilərinin nəticələrinin ləğv olunduğunu və hakimiyyət orqanlarının buraxıldığını elan ediblər.
Sozcu.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Bundan başqa, növbəti əmrə qədər ölkənin sərhədlərinin bağlanıldığı bildirilib.
Hərbçilər qeyd ediblər ki, indiki rejimi bitirmək niyyətindədirlər. Paytaxt Librevildə atışma səsləri eşidilib.
Ölkədə Fransanın RFİ radiostansiyasının yayımı dayandırılıb. Komendant saatı tətbiq edilib və internetə çıxış bağlanıb.