Daha 3 terrorçu Türkiyə hüquq-mühafizə orqanlarına təslim olub.
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya bildirib.
Onun sözlərinə görə, son 2 ayda təslim olan terrorçuların sayı 32-yə çatıb:
“Təslim olan terrorçular Suriya və İraqda fəaliyyət göstərirdi. Terrorla mübarizədə xidmət göstərən qəhrəmanlarımızı təbrik edirəm”.
Nazir qeyd edib ki, Türkiyənin terrorizmə qarşı mübarizəsi davam edir.