Ataşehirdə gecə saatlarında bir qrup şəxs Cümhuriyyət Xalq Partiyasının Seçki Mərkəzinə hücum edib.
Sozcu.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.
Məlumata görə, pəncərələrə sprey boya ilə yazı yazan hücumçular ofisin qarşısında asılmış bayraqları kəsiblər.
Daha sonra tapança ilə havaya atəş açaraq qaçıblar.
Məsələ ilə bağlı açıqlama verən İstanbul Valiliyi şübhəlilərin tutulması üçün müvafiq tədbirlər görüldüyünü bildirib.