Çin ən böyük düşməndir - Senator qanun hazırladı

ABŞ-ın respublikaçı senatoru Coş Houli Çin ilə normal ticarət əlaqələrini dayandırmaq üçün Konqresə qanun layihəsi təqdim edib.

Sozcu.az xəbər verir ki, bu barədə danışan senator belə bir qərarın ABŞ-ın Çindən iqtisadi cəhətdən asılılığı azaldacağını bildirib.

"Çin ABŞ-ın ən böyük düşmənidir. İş yerləri, sənaye və gələcək üçün şiddətli iqtisadi rəqabətdə qalib gəlməkdən ötrü ABŞ uğurunun uzun müddət davam edən düsturuna - güclü və müstəqil işçilərə qayıtmalıdır. Vaşinqtonda siyasətçilərin illərlə "uzaqgörən" qərarları problemi daha da dərinləşdirdi", - senator qeyd edib.

Share on Facebook