"Türkiyə Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasını zəruri hesab edir".
Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununda bildirib.
“Biz bu məsələ ilə bağlı, o cümlədən Rusiya ilə məsləhətləşmələri davam etdirəcəyik”, - deyə Çavuşoğlu əlavə edib.