Ceyhun Osmanlının qardaşının ölkədən çıxışına QADAĞA

Tanınmış biznesmen Faiq Osmanlı məhkəməyə verilib. Lent.az-ın əldə etdiyi məlumata görə, buna səbəb ona məxsus şirkətin ödənilməmiş vergi borclarıdır.

Belə ki, Osmanlı Faiq Yunis oğluna məxsus "Badamlıq" MMC-nin fonda vergi borcu yaranıb. Lakin müəyyən olunan vaxt keçməsinə baxmayaraq, borclar ödənməyib. Bu səbəbdən Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. Dövlət qurumu iddiada borclar ödənmədiyi təqdirdə biznesmenin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.

Qeyd edək ki, Faiq Osmanlı keçmiş deputat Ceyhun Osmanlının qardaşıdır. Faiq Osmanlının "Badamlıq" MMC-dən başqa da bir neçə şirkəti mövcuddur.

Share on Facebook