Cəfər Pənahiyə hökm oxundu

Kann festivalının “Qızıl Palma” mükafatçısı, tanınmış iranlı rejissor Cəfər Pənahi bir il müddətinə həbs cəzası alıb.

Sozcu.az xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Nili X hesabında paylaşım edib.

“Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Cəfər Pənahini rejim əleyhinə təbliğat fəaliyyətlərinə görə qiyabi şəkildə 1 il müddətinə həbsə, 2 il ölkədən çıxış yasağına və siyasi-ictimai qruplara üzvlük qadağasına məhkum edib. Hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni addımlar atacağıq", - paylaşımda qeyd olunub.

Share on Facebook