Tehran rejimi son qiyam zamanı xalqa qarşı dəhşətli repressiyalara əl atıb, etirazçıları susdurmaq üçün döyüş silahlarından istifadə edib.
Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının yaydığı son hesabatda bildirilib.
Bu hesabatda həmçinin İranın etirazları ilə bağlı BMT-nin İnsan Haqları Şurasının faktaraşdırıcı komitəsinin yaradılmasından məmnunluq ifadə edilib.