“Müəllim peşəsini seçən adam “mən gedib ölkənin harasında olsa, azərbaycanlı uşaqlara dərs keçəcəyəm” düşüncəsində olmalıdır. Evimin yanında işləyəcəyəm deyə düşünməməlidir”.
Sozcu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə bildirib.
Nazir qeyd edib ki, sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar: “Çalışırıq ki sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar. Savadsız müəllim bütün cəmiyyətin problemidir. Savadsız adamın məktəbdə işi yoxdur, onların məsələsinə sonra baxmaq olar. Ola bilər ki, sertifikasiyadan keçə bilməyən nüəllimlər qeyri-tədris sahəsində işləyə bilsinlər. Mənim bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki həmin adamlara”.