Bu, Kremlə güclü zərbədir

Suriya Prezidenti Bəşər Əsəd rejiminin süqutu Rusiyanın Suriyadakı hərbi varlığını sual altına qoyub.

Sozcu.az xəbər verir ki, bu barədə "Biznes İnsayder" (Business Insider) nəşri yazıb.

Bildirilir ki, bu, Rusiyanın gücünü Yaxın Şərqdə və onun hüdudlarından kənarda genişləndirmək qabiliyyətini də təhdid edir.

"Bu, onlara (ruslara - red.) güclü zərbədir. Suriya onların ən etibarlı ərəb müttəfiqi idi", - bunu Ekstremizmlə Mübarizə Layihəsinin baş məsləhətçisi Edmund Fitton-Braun deyib.

Qeyd edək ki, 2017-ci ildə Suriya hərbi yardım qarşılığında Hmeymim aviabazasını və Tartusdakı dəniz bazasını 49 il müddətinə Rusiyaya icarəyə verib. Rusiya bu bazalardan Aralıq dənizi və Afrikadakı qüvvələri, həmçinin NATO-nun cənub cinahına qarşı çıxmaq üçün istifadə edib.

Share on Facebook