Bu, dəhşətli faciədir - Moləvi Əbdülhəmid

Bir neçə gün ərzində ölkədə minlərlə insanın öldürülməsi dəhşətli faciədir.

Bunu İranın sünni din xadimi və Zahidanın Məkki məscidinin cümə imamı Moləvi Əbdülhəmid deyib.

"Bu acı hadisə İran xalqını kədər və qəzəbə qərq edib və dünyanın hər yerindəki azad insanların vicdanını dərindən yaralayıb",- o əlavə edib.

Din xadimi qətliam məsullarının buna görə məsuliyyət daşıdıqlarını bildirib:

"Şübhəsiz ki, bu cinayətə göstəriş verənlər və törədənlər bu dünyada məsuliyyət daşıyacaq və axirətdə ilahi əzaba düçar olacaqlar".

Share on Facebook