Ukrayna Rusiyanın Bryansk vilayətindəki aerodroma PUA-larla zərbələr endirib.
Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, hücumda 5 PUA iştirak edib. Onlardan 2-si vurulub, 2-si aerodrom ərazisində partlayıb, 1 PUA isə ümumiyyətlə tapılmayıb.
Bildirilib ki, hücum nəticəsində AN-24 “Ruslan” təyyarəsi ciddi zədələnib.