Britaniya Ukraynaya “Storm Shadow” raketlərinin yeni partiyasını verib

Böyük Britaniya bu yaxınlarda Ukraynaya “Storm Shadow” uzaqmənzilli qanadlı raketlərin yeni partiyasını təhvil verib.

Sozcu.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, çatdırılma Britaniya hökumətinin Ukrayna Silahlı Qüvvələri üçün bu silahların istifadəsinə qoyulan məhdudiyyətləri götürməzdən əvvəl baş tutub.

Mənbənin məlumatına görə, söhbət onlarla “Storm Shadow” qanadlı raketlərindən gedir.

Qeyd edildiyi kimi, “Storm Shadow” raketlərinin yeni partiyasının Ukraynaya ötürülməsi ilk dəfə Böyük Britaniyanın baş naziri Key Starmerin dövründə baş tutub və o, Ukraynanın Rusiyanın hərbi təcavüzünə qarşı özünümüdafiəsinə dəstək verməyə davam edəcəyinə söz verib.

“İctimaiyyətə açıqlanmayan tədarüklər bir neçə həftə əvvəl həyata keçirilib və Kiyevin uzaqmənzilli raketləri tükəndikdən sonra sifariş verilib”, - mənbə bildirib.

Bəzi Qərb mənbələri hesab edir ki, “Storm Shadow” raketləri və onlardan Rusiya ərazisinə zərbələr endirmək üçün istifadəyə icazə verilməsi Ukraynadakı müharibənin gedişatını dəyişməyəcək.

Share on Facebook