Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları sentyabrın 20-dən indiyədək 220 nəfərin cəsədinin Qarabağdan Ermənistana daşınmasına yardım edib.
Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmə ekspertlərimiz ötən ay yanacaq anbarında baş vermiş faciəli partlayış nəticəsində həlak olanların qalıqlarının ləyaqətlə utilizasiyasını təmin etmək üçün işlərini davam etdirirlər”, - məlumatda deyilir.
BQXK əlavə edib ki, daşınan meyitlərin əksəri yanacaq anbarında baş verən partlayışa aiddir.
Qeyd edək ki, 25 sentyabrda xankəndi yaxınlığındakı yanacaq məntəqəsində baş verən partlayışda yüzlərlə erməninin öldüyü və yaralandığı bildirilmişdi.