Boğazında alça qalan 3 yaşlı körpə öldü

Zaqatala rayonunda 3 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb.

Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Əliabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 2020-ci il təvəllüdlü David Bəşirov tənəffüs yolunda alça qalması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Share on Facebook