Dondurma yay günlərində sizi istidən xilas edən əla desertdir.
Uşaqlar və böyüklər onu sevirlər. Bəziləri hətta xəstələndikləri dövrdə belə sevimli qidadan imtina edə bilmirlər.
Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hətta belə bir fikir var ki, dondurma boğaz ağrısına faydalıdır.
Həqiqətən belədirmi?
Bu sualın cavabını otorinolarinqoloq Vladimir Zaytsev verib.
Həkim qeyd edib ki, isti yay dövründə bir insan xəstələnirsə, soyuq desertdən imtina edilməlidir. Temperatur fərqi yalnız vəziyyəti daha da pisləşdirəcək, hipotermiyaya, daha çox iltihaba səbəb olacaq.
O, həmçinin əlavə edib ki, xəstəlik zamanı digər süd məhsullarından imtina etmək daha yaxşıdır. Siz şəkər, maya məhsulları və turşu qidalarını da rasiondan çıxarmalısınız. Bütün bunlar bakteriyaların böyüməsinə səbəb olur. Nəticədə sağalma prosesi gecikəcək. Ağır və yağlı qidalar da istisna edilməlidir.