Biz daha ağıllı, daha kreativ olmalı, düşmənlərimizə fürsət verməməliyik..."
Zelenski Zalujnını işdən çıxaracaqmı?
Son zamanlar Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı arasında ixtilafların yaranması və bununla bağlı onun işdən azad ediləcəyi barədə söz-söhbətlər üzə çıxıb.
Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri yazıb.
Məlumatda deyilir ki, Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak bu məsələyə aydınlıq gətirib.
O, jurnalist Natalya Moseyçuka müsahibəsində deyib: "Mən bu barədə eşitməmişəm, belə məlumata malik deyiləm".
Yermak həmçinin Zelenski ilə Zalujnı arasında qarşılıqlı münasibətlərdə birliyin olması barədə sualı da cavablandırıb.
"Başqa cür necə ola bilər ki? Bizim bu müharibədə qalib gəlmək barədə vahid mövqeyimiz var. Bu gün daimi dialoq gedir, həftənin bütün sutkaları ərzində daimi iş gedir. Biz daha da ağıllı, daha da kreativ olmalı, düşmənlərimizə fürsət verməməliyik", - Ofis rəhbəri deyib.
Nədən Zelenski-Zalujnı münasibətləri diqqət mərkəzindədir?
"The Economist" nəşrində Ukraynanın Rusiya ilə müharibəsinin mövqe savaşına çevrilməsi barədə Valeri Zalujnının məqaləsi işıq üzü görəndən sonra USQ Baş Komandanı ilə Vladimir Zelenski arasında parçalanma barədə şayiələr dolaşmağa başlayıb.
Noyabrın 7-də "Avropa həmrəyliyi" fraksiyasından xalq deputatı Vladimir Aryev yazıb ki, müdafiə naziri Rüstəm Ömərov, guya, "Ali Baş Komandanın Stavkasına Zalujnının işdən azad edilməsi barədə" təqdimat yazıb.
Bu məlumat rusiyalı təbliğatçılar tərəfindən yayılmağa başlayıb. Sonradan deputat məlumatı ləğv edib, çünki "bir çox başqa mənbələr" bu məlumatı təkzib edib. Daha sonra Ömərovun özü bunun dezimformasiya olduğunu bəyan edib.