“Bizim belə bir anlayışımız var ki, 1991-ci il sərhədlərinə qədər bütün ərazilərimizi azad etmək lazımdır"

Ukrayna Ordusunun planları, xüsusən də əks-hücum planları ilə bağlı hər hansı gümanların heç bir əsası yoxdur.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov telemarafonun efirində bildirib.

Qurum rəsmisi qeyd edib ki, hər şey son anda qərar veriləcək.

“Müdafiəçilərimizin cəbhədə hadisələrin inkişafı variantı nə bir, nə iki, nə üç, nə də dörddür, çünki bu, hər gün qiymətləndirilən bir çox amillərdən asılıdır”, - Danilov vurğulayıb.

Onun sözlərinə görə, hamı başa düşməlidir ki, Ukrayna rəhbərliyi təkcə əks-hücumdan danışmır.

“Bizim belə bir anlayışımız var ki, 1991-ci il sərhədlərinə qədər bütün ərazilərimizi azad etmək lazımdır. Biz bunu etmədikcə, Silahlı Qüvvələrimiz bunu etmədikcə, müharibənin dayandırılmasından söhbət gedə bilməz”, - MTMŞ katibi əlavə edib.

Share on Facebook