“Son zamanlar Ermənistanla təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin və ağır texnikasının hərəkəti müşahidə olunur”.
Sozcu.az xəbər verir ki, bunu erməni mediasına Qarabağdakı qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi”, “silahlı qüvvələrin keçmiş komandanı”, general-leytenant Samvel Babayan deyib.
O bildirib ki, narahatlığa səbəb yoxdur, amma “Arsax” hər şeyə hazır olmalıdır.
“Əslində, nə olursa olsun, “Arsax” hazır olmalıdır. “Arsax”ın indi mümkün hücumlara tab gətirməyə nə dərəcədə hazır olduğunu deyə bilmərəm. Çünki mən onların döyüş hazırlığının vəziyyətini bilmirəm. Hər halda, biz özümüzü müdafiə edəcəyik.
Hücum ola bilməz, İran qüvvələrini sərhədə çəkib. Azərbaycan da qarşılıqlı addımlar atır”, – deyə Babayan sərsəmləyib.konkret