"Biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik və dayanmaq fikrində deyilik" - Ukrayna Silahlı Qüvvələri

"Biz Rusiya müdafiəsinin belə mürəkkəb olduğunu gözləmirdik..."

Ukrayna bəyan edib ki, Rusiyanın ən mürəkkəb müdafiə xəttini yararaq Berdyanska doğru irəliləyir

Ukrayna hərbçiləri güman edir ki, onlar cənub istiqamətində Rusiyanın ən mürəkkəb müdafiə xəttini yarıb və indi daha sürətlə irəliləyə biləcək. 

Sozcu.az xəbər verir ki, bu barədə avqustun 26-da Ukrayna Silahlı Qüvvələri komandanlığına istinadən "Reuters" agentliyi məlumat yayıb.

Ukrayna tərəfinin sözlərinə görə, USQ Zaporojye vilayətinin cənubunda Rabotino qəsəbəsində Ukrayna bayrağını qaldırıb.

"Biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik və dayanmaq fikrində deyilik", - bunu agentliyə şərti adı "Kombat" olan komandir bəyan edib.

İndi bizim məqsədimiz Berdyansk şəhəridir. Bu şəhəri ələ keçirməklə biz Azov dənizinə çıxacağıq".

Sahilyanı Berdyansk şəhəri Rusiya tərəfindən işğal edilmiş Mariupoldan qərbə doğru 85 km, Rabotinodan 100 km aralıda  yerləşir.

Yay hücumunun gedişində Mariupolun geri alınmasını Qərb analitikləri əvvəlcə gerçək olmayan vəzifə hesab edib.

Ukrayna əkshücuma iyun ayında başlayıb, lakin Rusiyanın yaxşı hazırlanmış və mina sahələri ilə gücləndirilmiş müdafiə xətləri USQ-nin irəliləməsini lənğidib. Belə templərlə Berdyanskın alınması da gerçək görünmür.

Lakin USQ komandanlığı məlumat verib ki, Ukrayna qoşunları Rusiyanın ən çətin, ən möhkəmləndirilmiş müdafiə xəttini yarıb və templər arta bilər.

"Biz minalanmış əsas yolları keçmişik. Biz irəliyə gedə biləcək sərhədlərə çıxırıq. Biz Rusiyanın müdafiəsini keçməyin belə mürəkkəb olduğunu gözləmirdik. 

Amma hər halda elə əraziyə gəlib çatmışıq ki, burada yalnız arxa cəbhənin dəstək hissələri var. Əminəm ki, biz buradan daha sürətlə irəliləyəcəyik", - "Kombat" deyib.

Bu arada isə Rusiya tərəfi Rabotinonun itirilməsini hələlik təsdiq etməyib.

Share on Facebook