Bir qrup ictimai-siyasi şəxs III Respublika Platformasını təsis edib

7 dekabr 2023-cü il tarixdə, Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə  bir qrup ictimai-siyasi  şəxs tərəfindən III Respublika Platforması yaradılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Platformanın rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Platformanın Əsasnaməsi qəbul edilib:

“Qurucu üzvlər (təsisçilər) arasından Platformanın fəaliyyətinə rəhbərlik edəcək Qurucu Heyət seçilib.

7 nəfərdən ibarət Qurucu Heyətin üzvləri aşağıdakılardır:

Akif Qurbanov

Araz Əliyev

Elman Fəttah

Rövşən Ağayev

Ruslan İzzətli

Səməd Rəhimli

Yadigar Sadıqlı

Sonra Qurucu Heyətin ilk iclası keçirilib. Qurucu Heyət Platformanı təmsil etmək, qərarların icrasını təşkil etmək üçün 1 il müddətinə Akif Qurbanovu spiker seçib. Həmçinin Qurucu Heyətin digər üzvləri arasında sahələr üzrə məsuliyyət bölgüsü aparılıb”.

III Respublika Platformasının Quruluş Bəyanında bildirilir ki, Platformanın fəaliyyətinin ağırlıq mərkəzi təməl hüquq və azadlıqların təminatını hədəfləyən fəal iştirakçılıq əsasında ölkənin taleyüklü məsələləri ilə bağlı ictimai rəyin formalaşdırılması olacaq:

“Bizimlə eyni hədəfləri bölüşən hər kəsi Platformanın işində fəal iştiraka dəvət edirik.

Çıxdığımız bu yolda missiyamız budur: idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçidi təmin etmək. Bu missiyanın mütərəqqi vətəndaşlarımızın rəğbətini qazanacağına, cəmiyyəti proqressə aparacağına əminik!” – bəyanatda bildirilir.

Share on Facebook