Bir neçə ay öncə ailə quran hərbçimiz şəhid oldu

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır.

Sozcu.az Report-a istinadən məlumatına görə, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur. O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub.

Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub.

Share on Facebook