Rusiyanın Qaraçay-Çərkəz respublikasının Zelençukskaya kəndində fərdi yaşayış evində baş verən yanğında beş yaşlı uşaq və onun valideynləri ölüblər.
Sozcu.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında bildirilib.
Hadisə yerində yanğınsöndürənlər və Rusiya İstintaq Komitəsinin nümayəndələri işləyirlər.
Yanğının səbəbi araşdırmalardan sonra məlum olacaq.